DÇ-2022: Mundialda ilk dəfə oyunu qadın baş hakim idarə edəcək

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında bir ilk yaşanacaq.

Komanda.az xəbər verir ki, FİFA E qrupunun sonuncu turu çərçivəsində baş tutacaq Almaniya – Kosta Rika matçına mudiallar tarixində ilk dəfə qadın baş hakim təyin edib.

Belə ki, bu oyunun baş hakimi fransalı Stefani Freppart olacaq. Ona yan xətt hakimləri – braziliyalı Neuza Bek və meksikalı Karen Dias Medina kömək edəcəklər. Matçın dördüncü hakimi honduraslı Said Martines olacaq.

Dekabrın 1-də keçiriləcək Almaniya – Kosta Rika oyununa Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button