DÇ-2022: İran tarixində ilk

İran millisi DÇ-2022-nin qrup mərhələsinin 2-ci turu matçında Uels yığmasını 2:0 hesabı ilə məğlub edib.

Komanda.az xəbər verir ki, bununla da, İran millisi tarixində ilk dəfə dünya çempionatında Avropa komandasını məğlub edib. Həmçinin, İran ilk dəfə turnirdə Avropadan olan rəqibi ilə matçda qapısını toxunulmaz saxlayıb.

Bu, iranlılar üçün altıncı dünya çempionatıdır. Komanda heç vaxt pley-offa çıxmayıb, həmişə qrup mərhələsində dayanıb.

İran yığması dünya çempionatı tarixində üçüncü qələbəsini qazanıb. Komanda bundan əvvəl ABŞ (DÇ-1998, 2:1) və Mərakeşi (2018, 1:0) məğlub etmişdi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button