DÇ-2022: “Maquayrı meydanda saxlamağın mənası yox idi” – Sautqeyt

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt DÇ-2022-nin ilk turunun İranla matçında (6:2) zədələnən müdafiəçi Harri Maquayrın durumundan danışıb.

Müdafiəçi görüşün 70-ci dəqiqəsində meydanı tərk edib. Onu Erik Dayer əvəzləyib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, İngiltərə millisinin baş məşqçisi müdafiəçinin dərhal əvəzləməsi barədə fikir bildirib:

“Maquayr özündə ağrılar hiss edirdi. Beşinci qolu vurduqdan dərhal sonra ehtiyat oyunçular skamyasına bu barədə işarə etdi. Matçın gedişatını nəzərə alsaq, Maquayrı meydanda saxlamağın mənası yox idi”.

İngiltərə 3 xalla B qrupuna başçılıq edir. DÇ-2022-nin qrup mərhələsinin ikinci turunda onlar ABŞ-la üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button