DÇ-2022: Danimarkanın ilkin heyəti bəlli oldu

Futbol üzrə Danimarka millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün ilkin heyəti açıqlanıb.

Komanda.az Danimarka Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, heyətə hələlik 21 futbolçu daxil edilib.

Baş məşqçi Kasper Hyulmend qalan 5 oyunçunun adına qarşıdakı həftələrdə aydınlıq gətirəcək. O, bunun üçün Avropanın aparıcı liqalarında çıxış edən oyunçuların hazırlıq səviyyəsinə baxacaq.

Xatırladaq ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Danimarka millisi D qrupunda Fransa, Avstraliya və Tunislə mübarizə aparacaq.

 Komanda.az
Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button