DÇ-2022: Fransa finalda Argentinaya rəqib oldu

Qətərdə təşkil olunan dünya çempionatında bu gün yarımfinal mərhələsinin digər oyunu keçirilib.

Komanda.az xəbər verir ki, mundialın son qalibi Fransa turnirin sürpriz komandası olan Mərakeş millisi ilə qarşılaşıb.

“Əl-Bayt” stadionunda keçirilən oyun fransızların inamlı qələbəsiylə başa çatıb. Nəticədə bu cütün qalibi finalda Argentina yığmasına rəqib olub. Məğlub tərəf olan Mərakeş yığması isə 3-cü yer uğrunda görüşdə Xorvatiya yığması ilə üz-üzə gələcək.

DÇ-2022-nin final matçı dekabrın 18-də keçiriləcək.

DÇ-2022: Yarımfinal

14 dekabr

Fransa – Mərakeş 2:0
Qol: T.Herandes, 5. Randal Kolo Muani, 79.
Baş hakim: Sezar Ramos
“Əl Bayt” stadionu

Fransa: Uqo Lyoris (k), Jül Kunde, İbrahima Konate, Yussuf Fofana, Rafael Varan, Teo Hernandes, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru.
Mərakeş: Yassin Bunu, Romen Saiss (k), Əşrəf Hakimi, Cavad Əl-Yamik, Sofyan Amrabat, Azeddin Unai, Nayef Agerd, Nussair Mazraui, Sofyan Bufal, Yussuf Ən-Nəsiri, Hakim Ziyeş.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button