David Hili: “Necə futbol oynadığımızı onlardan soruşun”

Şimali İrlandiyanın “Linfild” klubunun baş məşqçisi David Hilinin Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşdıqları cavab oyunundan (1:2, ilk oyun 3:2) sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Hili, jurnalistlərin suallarını cavablandırıb:

  • Hakimə oyunun sonunda narazılıq etdiz. Bu, nə ilə bağlı idi?
  • Oyundan sonra narazılıqlar olur. Qaranlıq qalan məqam, ikinci qolda ofsayd olub, olmamağıdı. Hakim bəzən meydan sahiblərinin xeyrinə qərarlar verdi.
  • Komandada bütovlük yox idi. Problem nə idi?
  • Biz yarıpeşəkar komandayıq. Mübarizə apardıq. Necə futbol oynadığımızı “Qarabağ”dan soruşun.
  • Belfasta uzun səfəriniz olacaq. Kiminlə nəyi xatırlayacaqsız?
  • Bakını xatırlayacam. “Qarabağ”a təşəkkür edirəm, onlara uğurlar arzu edirəm.
  • Komandanız “Qarabağ”a qarşı yaxşı mübarizə apardı. Bunu hansı keyfiyyətlərə bağlayırsız?
  • Bilirdik ki, topa çox sahib ola bilmərik. Biz həvəskar komanda olaraq, hər iki oyunda yaxşı rəqabət göstərdik. Bizim də imkanlarımız oldu, ancaq bura qədər idi.
  • Komandanızda ən yaxşı oyunçunuz kim idi?
  • Bir nəfəri seçmək mənim üçün çətindi. Qapıçımızı xüsusi qeyd etmək istərdim.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button