“Dauqavpils” Əsgərovun yoxluğunda uduzdu

Futbol üzrə Latviya çempionatında 5-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” də növbəti oyununa çıxıb.

Sözügedən kollektiv səfərdə “Riqa” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Cari mövsümdə bir qol vurmuş millimizin sabiq forvardı bu oyunun iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

5 turdan sonra 6 xalı olan “Dauqavpils” 10 kollektiv arasında 7-cidi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button