
Kristensenin “el klasiko” arzusu
“Barselona”nın müdafiəçisi Andreas Kristensen “Real”la keçiriləcək “el klasiko”da iştirak etmək istəyir.
Danimarkalı futbolçu aprelin 29-dan etibarən fərdi məşqlərə başlayıb. Ancaq diz zədəsindən sonra klub onun vəziyyətinə çox ehtiyatla yanaşır və risk etmək istəmir.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, Kristensenin “Real”la oyunda meydana çıxması real görünmür. Hətta tibbi icazə alsa belə, onun start heyətində yer alması gözlənilmir.
Futbolçunun gələcəyi də hələ qeyri-müəyyəndir. “Barselona” ona maaşın azaldılması şərti ilə yeni müqavilə təklif etsə də, oyunçu hələ cavab verməyib.
La Liqanın 35-ci turunda keçiriləcək “Barselona” – “Real” qarşılaşması mayın 10-da, saat 23:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



