Daliç Azərbaycan millisiylə oyuna yeni futbolçu çağırdı

AÇ-2020-nin seçmə mərhələsinin ilk oyununda Azərbaycan millisiylə qarşılaşacaq Xorvatiya yığmasına yeni futbolçu dəvət olunub.

Komanda.az xəbər verir ki, xorvatların baş məşqçisi Zlatko Daliç ehtiyat oyunçular siyahısında yer alan Karlo Bartoleci milliyə cəlb edib. Daliçi bu addımı atmağa məcbur edən əsas heyətin bir neçə üzvünün zədəli olmasıdır.

Danimarkanın “Nordşelland” klubunun dormasını geyinən 23 yaşlı müdafiəçi yığmada bir oyun keçirib.

Xorvatiya – Azərbaycan matçı martın 21-də Zaqrebdə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button