Koronavirus daha bir ölkədə çempionatı bitirdi!

Koronavirus səbəbiylə dayandırılan daha bir çempionat vaxtından tez başa çatıb.

Komanda.az xəbər verir ki, Şotlandiya çempionatı yekunlaşdırılıb. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Turnir cədvəlinə liderlik edən “Seltik” çempion elan edilib. Cədvəldə son yeri tutan “Harts” isə aşağı dəstəyə düşüb.