Daha bir komandaya texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif turnirlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub:

Region Liqasında keçirilən “Şirvanovka” – “Qusar” FK oyununda “Qusar”ın futbolçusu Sərxan Ağayev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb.

U-17 Liqasında keçirilən “Xan Lənkəran” – “Turan Tovuz” oyununda “Xan Lənkəran”ın futbolçusu Tahir Yusubzadə rəqib oyunçunu vurduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb. “Turan Tovuz”un futbolçusu Dinamin Bağırov rəqib oyunçunu vurduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılıb.

U-11 Liqasında keçirilməli olan “Xudafərin” – “Binə” FK qarşılaşmasında “Xudafərin”in heyətində yetərsay olmadığı üçün oyunun baş tutmadığına görə “Xudafərin”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA Region Liqasında çıxış edən “Dirçəliş”in oyunçusu Pərviz Əliyevin cəzasının çəkilməmiş hissəsinin bağışlanması ilə əlaqədar klub tərəfindən edilən müraciət təmin edilməyib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button