“Mənim üçün “Liverpul”la final derbi kimidir” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinalında “Mançester Siti”yə 3:1 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, italiyalı məşqçi finalda “Liverpul”la qarşılaşacaqları üçün xoşbəxt olduğunu deyib:

“Bizim bu formada qalib gəlməyə öyrəşdiyimizi deyə bilmərəm. Amma eyni hadisə “Çelsi” və PSJ ilə matçlarda da baş verdi. Hər şey artıq bitmiş kimi görünəndə klubun tarixi mübarizəmizi davam etdirməyə kömək edir.

Hesabda geridə olduğumuz zaman çox az insan qələbə qazanacağımıza inanırdı. Lakin biz son gücümüzü də ortaya qoyduq. Güclü rəqiblə yaxşı oyun keçirdik. Hesabı bərabərləşdirə bildiyimiz zaman əlavə vaxtda psixoloji üstünlük əldə etdik. “Santyaqo Bernabeu” stadionunda kiçik qığılcım belə, bizə bəs edir. Bu stadion sehrlidir. “Mançester Siti” oyuna nəzarət edirdi, amma əlavə vaxtda onları mübarizədən kənarlaşdıracaq qolu vura bildik.

Parisdəki finalda daha bir güclü rəqibə qarşı oynayacağımız üçün çox xoşbəxtəm. Biz buna öyrəşmişik. Bu, fantastik matç olacaq. Mənim üçün “Liverpul”la final derbi kimidir, çünki mən “Everton”lu olaraq qalıram”.

Ançelotti 2019-2021-ci illərdə “Everton”u çalışdırıb, sonra “Real”a qayıdıb.

Final oyunu mayın 28-də Parisdəki “Stad de Frans”da keçiriləcək. Oyun saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button