Dadaşovun komandasına 1 qol bəs etdi

Futbol üzrə Almaniya 3-cü Liqasında 34-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu da növbəti matçına çıxıb.

Futbolçumuzun komandası doğma meydanda “Zonnenhof Qrossaşpax”la qarşılaşıb. Münster klubu bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90-cı dəqiqədə əvəzlənib.

Dadaşovun komandası 34 turdan sonra 48 xalla 5-ci pillədə qərarlaşıb.