Dadaşovun komandası doğma meydanda darmadağına üzüldü

Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 31-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Düsseldorf “Fortuna”sının ikinci komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan böyükhesablı məğlubiyyətlə ayrılıb – 0:4.

Rüfət bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Şalke 2” bu nəticədən sonra 32 xalla 20 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button