Dadaşovun komandası 1/8 finalda

Futbol üzrə Portuqaliya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Pasuş de Ferreyra” bu mərhələnin görüşünü öz meydanında keçirib.

Komanda “Sanjoanense”ni qəbul edib. Ev sahibləri 12-ci dəqiqədə vurduğu yeganə qolla qələbə qazanıb. Bununla “Pasuş de Ferreyra” adını 1/8 finala yazdırıb.

Renat isə qarşılaşmanı sona qədər ehtiyat oyunçular skamyasından izləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button