Dadaşovdan “Şalke”də növbəti qol

Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 5-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Vegberq Beek” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Rüfət də bu oyunun iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ikinci qolunu da 68-ci dəqiqədə məhz Dadaşov vurub.

“Şalke 2” bu nəticədən sonra 7 xalla 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button