Dadaşov üçün 74 dəqiqə və 3 xal

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Finiks Rayzinq” klubu ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, sözügedən komanda “San Dieqo Loyal” ilə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.

Rüfət oyuna start heyətində başlayıb və 74-cü dəqiqəyədək meydanda olub.

16 xal toplayan “Finiks Rayzinq” B qrupunun lideridir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button