Dadaşov oynadı, komandası “Braqa”ya qalib gəldi

Futbol üzrə Portuqaliya çempionatında 14-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Pasuş de Ferreyra” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Braqa” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Renat da bu görüşün iştirakçısı olub. O, 78-ci dəqiqədə meydana buraxılıb. 90-cı dəqiqədə isə millimizin forvardı sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, Renat bu yay İngiltərənin “Vulverhempton” klubuna transfer olunsa da, “Pasuş de Ferreyra”ya 1 illik icarəyə verilib. Futbolçumuzun komandası hazırda 11 xalla 18 kollektiv arasında 17-cidi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button