Dəniz Yılmazın komandası əsas izləyicisinə uduzdu

Futbol üzrə Türkiyə 1-ci liqasında 32-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda çempionluq uğrundakı əsas rəqibi və izləyicisi “Dənizlispor”la qarşılaşıb. Yılmazın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.

Dəniz də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb.

“Gənclərbirliyi” hazırda 67 xalla 18 kollektiv arasında vahid liderdi. “Dənizlispor” isə bu qələbə sayəsində xal fərqini minimuma endirməyi bacarıb – 66.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button