Dəniz Yılmazdan 1 qol, 1 məhsuldar ötürmə

Futbol üzrə Türkiyə 1-ci liqasında 31-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Karabükspor”la qarşılaşıb. Yılmazın komandası bu oyundan qələbə ilə ayrılıb – 4:0.

Dəniz də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Millimizin sabiq forvardı bu oyunda komandasının qələbəsinə 1 qol və 1 məhsuldar ötürmə ilə töhfə verib. Belə ki, 20-ci dəqiqədə vurduğu qolla matçda hesabı açan Yılmaz, 86-cı dəqiqədə də Mert Nobreyə məhsuldar ötürmə verib.

“Gənclərbirliyi” hazırda 67 xalla 18 kollektiv arasında vahid liderdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button