Dəniz Yılmaz üçün 90 dəqiqə

Futbol üzrə Türkiyə 1-ci liqasında 20-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Əskişəhərspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.

Dəniz də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Yılmaz sonadək oynayıb.

“Gənclərbirliyi” növbəti məğlubiyyətin ardından hazırda 41 xalla 18 kollektiv arasında 2-cidi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button