Dəniz Yılmaz oynadı, komandası qalib gəldi

Futbol üzrə Türkiyə 1-ci liqasında 22-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Elazığspor”la qarşılaşıb. Yılmazın komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Dəniz də bu görüşün iştirakçısı olub. O, 83-cü dəqiqədə meydana buraxılıb.

“Gənclərbirliyi” hazırda 44 xalla 18 kollektiv arasında 2-cidi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button