Cüdo Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirildi

Bu gün Azərbaycan Cüdo Federasiyasının (ACF) İcraiyyə Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda 2022-ci il üzrə fəaliyyətin nəticələri və 2023-cü il üçün hədəflər müzakirə edilib.

Qeyd edilib ki, ötən il milli yığmaların işinin təşkili, ölkədə cüdonun inkişafı və kütləviləşdirilməsi, fəaliyyətin rəqəmsallaşdırılması, hakimlərin və məşqçilərin peşəkar səviyyəsinin artırılması, maddi-texniki infrastrukturun yaxşılaşdırılması, təhsil layihələrinin reallaşdırılması, daxili yarışların sayının və səviyyəsinin artırılması, regionlarda cüdonun inkişafı istiqamətində hərtərəfli və kompleks fəaliyyət göstərilib.

Həmçinin, 2023-cü içün Federasiyanın əsas fəaliyyət hədəfləri və planları üzrə sənəd İcraiyyə Komitəsinə təqdim edilib.

2022-ci il üzrə hesabat və cari il üzrə planlar ətrafında aparılan müzakirələr zamanı İcraiyyə Komitəsinin üzvləri görülən işləri yüksək qiymətləndirərək, öz tövsiyələrini və fikirlərini bildiriblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button