“Çox şans qazanmamağımın səbəbini anlamıram, amma…” – Rakitiç

“Barselona”nın futbolçusu İvan Rakitiç komandadakı gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, xorvatiyalı futbolçu, ölkəsinin mətbuatına verdiyi açıqlamada, Kataloniya klubundan ayrılmaq istəmədiyini bildirib:

“10-15 gün əvvəl klubla danışdım. Nəticə haqqında danışılacaq nəsə yoxdur, çünki 2021-ci ilin yayınadək “Barselona” ilə müqaviləm var və burda oynamaq istəyirəm. Ailəm də burda rahatdır. “Barsa” ilə yollarımı ayırmaq üçün heç bir səbəb yoxdur.

Çox oynamaq şansı qazanmamağımın səbəbini anlamıram, amma baş məşqçinin qərarlarına hörmət edirəm. Bu, komanda oyunudur, fərdi deyil”.