
“Yuventus”un hücumçusu Türkiyə klubunun təklifini rədd edib
“Yuventus”un hücumçusu Conatan Devid Türkiyə Super Liqası klublarından birinin təklifini geri çevirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, adı açıqlanmayan klub kanadalı futbolçunu transfer etmək istəsə də, mənfi cavab alıb. Forvardın “Yuventus”dan ayrılmaq niyyətində olmadığı bildirilir.
Devidin Turin klubuyla müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər qüvvədədir. Onun illik maaşı 6 milyon avro, bonuslarla birlikdə isə əlavə 2 milyon avro təşkil edir. 26 yaşlı futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə 46 oyunda 8 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



