ÇL: Son üç mərhələnin püşkü atılacaq

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final, yarımfinal və final mərhələlərinin püşkü atılacaq.

Komanda.az xəbər verir ki, UEFA-nın Nyondakı mənzil-qərargahında keçiriləcək mövsümün son püşkatma mərasimi saat 15:00-da start götürəcək.

Əvvəlki mərhələlərdən fərqli olaraq, bu dəfə “kor püşk” olacaq. Yəni mübarizəni davam etdirən 8 komandanın hər biri istənilən kluba rəqib ola bilər.

1/4 finaldakı cütlüklərlə yanaşı, yarımfinalın potensial cütlükləri və finalın mümkün ev sahibi də bəlli olacaq.

Bayern (Almaniya)

Benfika (Portuqaliya)

Çelsi (İngiltərə)

İnter (İtaliya)

Mançester Siti (İngiltərə)

Milan (İtaliya)

Napoli (İtaliya)

Real (İspaniya)

1/4 finalın ilk oyunları aprelin 11-12-də, cavab görüşləri 18-19-da keçiriləcək. Yarımfinal oyunları 9-10 və 16-17 may tarixlərində oynanılacaq. Turnirin finalı isə iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button