ÇL: “Milan” “Napoli”ni, “Real” “Çelsi”ni məğlub yola saldı

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, son oyun günündə ÇL-in son qalibi olan “Real” “Çelsi”ni qəbul edib. Madrid təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib.

Günün digər matçında İtaliya klubları – “Milan” və “Napoli” üz-üzə gəlib. Meydan sahibləri ilk hissədə vurduqları yeganə qol sayəsində qələbəyə sevinən tərəf olub.

1/4 finalın ilk matçlarıda “Mançester Siti” “Bayern”ə 3:0, “İnter”i isə “Benfika”ya 2:0 hesabı ilə qalib gəlib.

Çempionlar Liqası
1/4 final, ilk oyunlar

12 aprel

Real (İspaniya) – Çelsi (İngiltərə) 2:0
Qol: Benzema, 22. Asensio, 74.
Baş hakim: Fransua Leteksye (Fransa)
Madrid, “Santyaqo Bernabeu” stadionu

Milan (İtaliya) – Napoli (İtaliya) 1:0
Qol: Bennaser, 40.
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Milan, “San Siro” stadionu

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button