ÇL: “Qarabağ”ın potensial rəqiblərinin sayı azalıb

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində potensial rəqiblərinin sayı azalıb.

Komanda.az xəbər verir ki, Azərbaycan çempionu “Linkoln”u (Cəbəllütariq) mübarizədən kənarlaşdıracağı halda “Jalgiris” (Litva) – “Struqa” (Şimali Makedoniya), “Rakuv” (Polşa) – “Flora” (Estoniya) və ya “Olimpiya” (Sloveniya) – “Valmiera” (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.

Bu mərhələnin püşkatma mərasimi bu gün saat 14:00-da başlayacaq.

ÇL-də 2-ci təsnifat mərhələsinin ilk oyunları 25-26 iyulda, cavab matçları isə 1-2 avqustda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button