ÇL: “Qarabağ”ın növbəti mərhələdəki potensial rəqibləri bilinib

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri məlum olub.

Komanda.az xəbər verir ki, Azərbaycan çempionu “Linkoln”u (Cəbəllütariq) mübarizədən kənarlaşdıracağı təqdirdə, “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

“Köhlən atlar”ın ilk oyunu səfərdə olacaq.

2-ci təsnifat mərhələsinin ilk oyunları 25-26 iyulda, cavab görüşləri isə 1-2 avqustda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button