ÇL: “Qarabağ”ın növbəti mərhələdəki mümkün oyununun vaxtı məlum olub

“Qarabağ”ın UEFA Çempionlar Liqasının (ÇL) 2-ci təsnifat mərhələsindəki mümkün oyununun vaxtı dəqiqləşib.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “köhlən atlar” Cəbəllütariq təmsilçisi “Linkoln”u keçəcəyi təqdirdə, Polşa klubu “Rakuv”la iyulun 26-da qarşılaşacaq.

“Qarabağ” – “Linkoln” cütünün qalibi həmin gün 2-ci mərhələnin ilk matçında Polşa klubunun qonağı olacaq. Oyun saat 22:15-ə planlaşdırılıb.

“Qarabağ”la “Linkoln” bu gün Bakı Olimpiya Stadionunda 1-ci təsnifat mərhələsinin cavab oyununa çıxacaq. Bu komandalar arasındakı ilk görüşdə Azərbaycan çempionu 2:1 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button