
ÇL: “Qarabağ” bu 3 göstəricidə liderdir
“Qarabağ” UEFA Çempionlar Liqasının təsnifat mərhələsində üç göstəricidə liderdir.
Komanda.az xəbər verir ki, Azərbaycan çempionu turnirdə ən çox qol vuran komandadır. Komanda keçirdiyi beş oyunda 13 qola imza atıb. İsveçin “Malmö” və Serbiyanın “Srvena Zvezda” komandaları 11 qolla 2-3-cü yerləri bölüşdürür.
Bundan əlavə, Azərbaycan çempionu topa ən çox sahib olan komandadır. Ağdamlılarda orta göstərici 62 faizə bərabərdir. “Srvena Zvezda” (54 faiz) ikinci, Şotlandiyanın “Reyncers” (52 faiz) klubu üçüncüdür.
“Qarabağ” rəqibdən top almaqda da ilk sıradadır. Futbolçular 5 qarşılaşmada 42 dəfə buna nail olublar. Kipr “Pafos”u (41) ikinci, Macarıstanın “Ferentsvaroş” (39) komandası üçüncü olub.
“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə “Ferentsvaroş”a 3:1 hesabı ilə qalib gəlib.
Bizi Facebook-da izləyin



