ÇL: “Qələbə qazana biləcəyimizə əminik”

“Bayern”in hücumçusu Brayan Saraqosa Çempionlar Liqasının yarımfinalında “Real”la qarşılaşmalarda komandasının şanslarını dəyərləndirib.

Komanda.az “Bayern & Germany”-ə istinadən xəbər verir ki, Saraqosa qələbə qazanacaqlarına inandığını deyib:

“Biz bilirik ki, “Real” əla komandadır. Çempionlar Liqasında onlar ən böyüklərdən biridir. Finala çıxmaq şansını 50-nin 50-yə qiymətləndirərdim. Qələbə qazana biləcəyimizə əminik”.

İspaniyalı futbolçu daha əvvəl “Qranada”nın heyətində İspaniya La Liqasında çıxış edib.

Saraqosa bu günə qədər Almaniya Bundesliqasında cəmi 4 oyun keçirib. O, yanvar ayından “Bayern”də çıxış edir.

“Bayern” və “Real” arasında ilk oyun bu gün Münhendə keçiriləcək. Görüş saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button