ÇL: “Nyukasl” – “Qarabağ” matçı üçün vauçerlər satışa çıxarılıb

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Nyukasl” – “Qarabağ” matçını stadiondan izləmək və Ağdam təmsilçisi dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər “iTicket.az” saytında onlayn şəkildə satışda çıxarılıb.

“Köhlən atlar”ın mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, biletlərin qiyməti 115 AZN təşkil edir.

Vauçerləri ilkin olaraq “iTicket.az”-dan əldə etmək olar. Oyun gününə qədər isə biletlər sifariş zamanı göstərilən e-mail ünvanına “iTicket.az”-ın rəsmi e-maili vasitəsilə göndəriləcək. Azarkeşlər üçün “ST James Park”da 2466 yer ayrılıb.

“Nyukasl” – “Qarabağ” oyunu fevralın 24-də, saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button