ÇL: “İndiki “Çelsi” mənim oynadığım kimi deyil” – “Real”ın futbolçusu

“Real”ın müdafiəçisi Antonio Rüdiger UEFA Çempionlar Liqasında “Çelsi” ilə oyun haqda fikirlərini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu keçmiş komandası ilə oyunun çox çətin keçəcəyini deyib:

“İndiki “Çelsi” mənim oynadığım kimi deyil. Buna baxmayaraq, əminəm ki, oyun çox çətin keçəcək, çünki onların çoxlu keyfiyyətli oyunçuları var”.

Rüdiger ötən yay “Çelsi”dən ayrılıb və azad agent kimi Madrid klubu ilə müqavilə imzalayıb.

“Real” Çempionlar Liqasının 1/4 final mərhələsində “Çelsi”yə qarşı ilk oyununu aprelin 12-də keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button