ÇL: Həftənin oyunçusu adına namizədlər

UEFA Çempionlar Liqasında ilk turun matçlarından sonra həftənin oyunçusu adına namizədlər açıqlanıb.

Komanda.az xəbər verir ki, həftənin oyunçusu adına Kilian Mbappe (PSJ, Fransa), Robert Levandovski (“Barselona”, İspaniya), Pyotr Zelinski (“Napoli”, İtaliya) və Leroy Sane (“Bayern”, Almaniya) iddia edir.

PSJ evdə İtaliya “Yuventus”una 2:1, “Bayern” səfərdə “İnter”ə 2:0 hesabı ilə qalib gəlib. “Napoli” İngiltərə “Liverpul”unu 4:1, İspaniya “Barselona”sı isə Çexiya “Viktoriya”sını 5:1 hesabı ilə məğlub edib.

Həftənin oyunçusu UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button