ÇL-də həftənin rəmzi komandası açıqlandı

Futbol üzrə UEFA Çempionlar Liqasında bu həftənin rəmzi komandası açıqlanıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, rəmzi heyətdə İspaniyanın “Barselona” klubunu 8:2 hesabıyla məğlub edən Almaniyanın “Bavariya” komandasından 5 futbolçu yer alıb: Robert Levandovski, Tomas Müller, Filip Koutinyo, Serj Qnabri və Yozua Kimmix.

Həmçinin İngiltərənin “Mançester Siti” klubunu 3:1 hesabıyla məğlum edən Fransanın “Olimpik” (Lion) komandasından da 3 futbolçu – Mussa Dembele, Ussem Aya və Antoni Lopeş fərqlənənlər sırasındadır.

Rəmzi komandaya İspaniya “Atletiko”sundan Joao Feliks, İtaliya “Atalanta”sından Robin Qosens və Fransanın PSJ klubundan Markinyos daxil ediliblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button