ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

Komanda.az xəbər verir ki, bu ada “Real”ın yarımmüdafiəçisi Federiko Valverde layiq görülüb.

O, “Çelsi” üzərində 2:0 hesablı qələbədə pay sahiblərindən biri olub.

Xatırladaq ki, həftənin ən yaxşı oyunçusu adına “Milan”dan Rafael Leao, “İnter”dən Lautaro Martines və “Mançester Siti”dən Kevin de Bruyne də namizəd idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button