“Bu klub Çempionlar Liqasında çıxış etməlidir” – Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandasının Çempionlar Liqasına qayıtması haqda danışıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis bu fürsətdən maksimum istifadə edəcəklərini bildirib:

“Hər dəfə baxanda və biz orada olmadıqda özümü məyus hiss edirdim. Bu klub Çempionlar Liqasında çıxış etməlidir. Bu, uzun bir prosesdir, lakin biz buradayıq və indi bundan maksimum yararlanmalıyıq. Düşünürəm ki, biz bunu bacardıq, komanda olaraq daha yaxşı olduq. Heyəti gücləndirdik və burada olmağa layiq idik”.

İngiltərə təmsilçisi 2016/17 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasında çıxış edəcək.

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində “Arsenal” doğma meydanda PSV ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button