ÇL-də mövsümün rəmzi komandası açıqlandı

UEFA Çempionlar Liqasının 2023/2024 mövsümünün rəmzi komandasını açıqlayıb.

Komanda.az xəbər verir ki, heyətdə finalda üz-üzə gələn “Real” və “Borussiya”nın (Dortmund) hərəyə 4 futbolçusu yer alıb.

Həmçinin komandada PSJ, “Bayern” və “Mançester Siti”dən hərəyə bir oyunçu var.

Çempionlar Liqasının rəmzi komandası: Qreqor Kobel, Marsel Zabitser, Yan Matsen, Mats Hummels (“Borussiya”, Dortmund), Dani Karvaxal, Antonio Rüdiger, Vinisius Junior, Cud Bellingem (hamısı “Real”), Vitinya (PSJ), Fil Foden (“Mançester Siti”), Harri Keyn (“Bayern”).

Xatırladaq ki, “Real” Çempionlar Liqasının 2023/24 mövsümünün qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button