
ÇL: “Barselona”nın “Nyukasl”la oyun üçün iştirak heyəti açıqlandı
“Barselona” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında bu gün “Nyukasl”ı qəbul edəcək.
Komanda.az xəbər verir ki, Kataloniya klubunun rəsmi saytında baş məşqçi Hans-Diter Flikin etibar etdiyi futbolçuların siyahısı yayımlanıb.
“Barselona”nın heyətində aşağıdakı oyunçular yer alır:
Qapıçılar: Xuan Qarsiya, Voyçex Şesnı, Koçen;
Müdafiəçilər: Joao Kanselo, Ronald Arauxo, Pau Kubarsi, Jerar Martin, Erik Qarsiya, Kortes, Espart;
Yarımmüdafiəçilər: Qavi, Pedri, Fermin Lopes, Mark Kasado, Dani Olmo, Mark Bernal, Markes;
Hücumçular: Ferran Torres, Robert Levandovski, Lamin Yamal, Rafinya, Markus Reşford, Runi Bardqi.
“Barselona” – “Nyukasl” matçı saat 21:45-də, Barselonadakı “Kamp Nou”da keçiriləcək. İlk oyun 1:1 hesabı ilə başa çatıb.
Bizi Facebook-da izləyin



