Arbeloa “Mançester Siti” ilə matçda 18 yaşlı futbolçuya şans vermək istəyir

“Real”ın baş məşqçisi Alvaro Arbeloa UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Mançester Siti” ilə keçiriləcək ilk oyunda gənc yarımmüdafiəçi Tiaqo Pitarçı əsas heyətdə meydana buraxmağı düşünür.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı futbolçunun start heyətdə yer alması ehtimalı getdikcə daha ciddi şəkildə nəzərdən keçirilir.

Qarşılaşma martın 11-də, Madrid şəhərindəki “Santyaqo Bernabeu”da keçiriləcək.

Pitarç son iki oyunda – “Selta” və “Xetafe” ilə matçlarda əsas heyətdə meydana çıxıb. Həmin oyunlardan biri 2:1 hesablı qələbə, digəri isə 0:1 hesablı məğlubiyyətlə nəticələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button