“Cinayətdən uzaq idman”

Fevralın 14-də və bu gün GUAM Katibliyində GUAM-a üzv dövlətlər üçün “İdman yarışlarının manipulyasiyasına qarşı birlikdə” regional seminar təşkil olunub.

Komanda.az xəbər verir ki, tədbir Avropa Şurasının “Cinayətdən uzaq idman+” (KeepCrimeOutofSport +) layihəsi çərçivəsində Ukrayna Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq və Katibliyin texniki dəstəyi ilə keçirilir.

Seminara nazirlik və idarələrin, idman federasiyalarının, Ukrayna, Azərbaycan, Gürcüstan və Moldovanın Milli Olimpiya komitələrinin nümayəndələrindən ibarət 40 iştirakçı qatılıb.

Regional sammitin məqsədi Avropa Şurasının idman yarışlarının manipulyasına qarşı Konvensiyasının, həmçinin həmin Konvensiyanın ratifikiasiyası və implementasiyası üzrə digər müvafiq üsulların tətbiqi ilə ölkələrə yarışların nəticələrinin manipulyasına qarşı mübarizə məqsədi daşıyan milli platformaların yaradılması üçün praktiki və texniki yardımın göstərilməsidir.

UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli seminarda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button