Milli komandanın sabiq kapitanı vəfat etdi

Çin milli komandasının sabiq futbolçusu Çjan Enuha vəfat edib.

Komanda.az xəbər verir ki, keçmiş müdafiəçi 48 yaşında ölüb. Bu barədə Enuhanın ailə üzvləri məlumat veriblər. Sabiq futbolçunun ölüm səbəbi açıqlanmayıb.

Çjan Çin yığmasında 67 oyunda 6 qol vurub. O, milli komandanın kapitanı olub.