“Mançester Yunayted”də 300 işçi ixtisar edilə bilər

INEOS-un sədri Cim Ratkliff “Mançester Yunayted”in səhmlərini aldıqdan sonra klubda 300 işçini ixtisar edə bilər.

Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, yeni rəhbər genişmiqyaslı optimallaşdırma aparmaq üçün kənar auditordan “Mançester Yunayted”in strukturunu və xərclərini qiymətləndirməyi xahiş edəcək. Ratkliff 1000 nəfərlik işçi qüvvəsinin 25-30 faiz azaldıla biləcəyi tərəfdarıdır. İşçilər başa düşürlər ki, mülkiyyət strukturunun dəyişdirilməsi onların və şöbələrin sayına yenidən baxmaq deməkdir.

Xatırladaq ki, dekabrın 24-də İngiltərə klubu rəsmi saytında Cim Ratkliffin “Mançester Yunayted”in B sinifli səhmlərinin 25 faizini və A kateqoriyalı səhmlərinin 25 faizə qədərini alması ilə bağlı müqavilə bağladığını açıqlamışdı.

19 turdan sonra “Mançester Yunayted” 31 xalla Premyer Liqada altıncı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button