Çili millisində yeni baş məşqçi

Futbol üzrə Çili milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, sözügedən komandanı bundan sonra uruqvaylı məşqçi Martin Lasarte çalışdıracaq.

Bu barədə Çili Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

60 yaşlı mütəxəssislə DÇ-2022-nin seçmə mərhələsinin sonunadək müqavilə imzalanıb. Milli komanda final mərhələsinə vəsiqə qazansa, baş məşqçi ilə sözləşmənin müddəti avtomatik olaraq uzadılacaq.

Qeyd edək ki, Martin Lasarte bu vəzifədə Reynaldo Ruedanı əvəzləyib. Uruqvaylı məşqçi son olaraq 2018/19 mövsümündə “Əl-Əhli”ni çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button