Zemanın yeni iş yeri bilindi – 4-cü dəfə eyni klubda

Çexiyalı mütəxəssis Zdenek Zemanın yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, Zeman İtaliyanın “Focca” komandasına baş məşqçi təyin olunub. Bu barədə C Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Zeman 4-cü dəfə “Focca”ya baş məşqçi təyin olunub. 74 yaşlı mütəxəssis daha əvvəl 1986-1987, 1989-1994 və 2010-2011-ci illərdə bu komandanı çalışdırıb.

Zeman məşqçi karyerası ərzində daha əvvəl İtaliyanın “Roma”, “Latsio”, “Napoli”, “Parma”, “Leççe”, “Breşiya”, “Kalyari”, Türkiyənin “Fənərbaxça”, Serbiyanın “Srvena Zvezda”, İsveçrənin “Luqano” komandalarını çalışdırıb.