“Çempionluq yarışında olan komanda olaraq görülməməliyik” – Sulşer

İngiltərə Premyer Liqasının 23-cü turu çərçivəsində “Everton”la 3:3 hesablı bərabərliyə razılaşan “Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, oyunu dəyərləndirən norveçli mütəxəssis, çempionluq yarışından uzaq olduqlarını bildirib:

“İkinci hissədə yaxşı oynadıq, amma üç qol buraxdıq. Komanda olaraq daha yaxşısını bacara biləcəyimizi bilirik. İki xal itirdiyimiz üçün təəssüflənirəm. Çempion olmaq barədə danışmırıq. Çempionluq yarışında olan komanda olaraq görülməməliyik”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button