
Çempionlar Liqasının finalı ilk dəfə Avropadan kənarda keçirilə bilər – Tarix və məkan məlumdur
UEFA Çempionlar Liqasının finalı 2033-cü ildə ABŞ-da keçirilə bilər. Bu halda turnirin tarixində ilk dəfə həlledici matç Avropadan kənarda oynanılacaq. UEFA yaxın vaxtlarda Amerika agentliyi ilə ABŞ-da matç keçirmək hüququnun transferi ilə bağlı müqavilə bağlamağı planlaşdırır.
Komanda.az “The İndependent”-ə istinadən xəbər verir ki, sonuncu Çempionlar Liqası mövsümü də bu sazişə daxildir.
Xatırladaq ki, hazırkı Çempionlar Liqasının finalı Münhendə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



