“Sabahkı oyunda hər şey yerli-yerində olacaq” – Qurban Qurbanov

Sabah Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şerif”lə (Moldova) qarşılaşacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oyundan əvvəl mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Qurbanov, media nümayəndələri ilə görüşdə bunları deyib:

  • Bu oyun da bizim üçün çox vacibdir. Həddindən artıq diqqətli olmalıyıq. Çünki bir oyun nəticəni təmin edir. Yaxşı və təcrübəli komandaya qarşı oynayırıq.
  • Sabahkı oyunla bağlı fikirlər var ki, “Şerif” əvvəlki “Şerif” deyil. Bu haqda fikirlərinizi bilmək istərdim.
  • Belə fikirlər hər zaman olur. Həm klublar, həm futbolçular böyüyür, daha təcrübəli olurlar. Hər iki komandanın yaxşı heyəti, təcrübəsi var. Bəzən fikirlərin tam əksi olur. Ona görə, belə düşünmürəm.
  • Meydanın vəziyyəti necədir, sabah yaxşı olacaq?
  • Düşünürəm ki, pis olmayacaq.
  • Abdullah Zubir son iki oyundur ki, yaxşı performans sərgiləmir. Sabah ondan nələr gözləyirsiz?
  • Zubirin faydalı iş əmsalı çoxdur. O, bizim oyun oyun sistemimizə böyük fayda verir. Hər futbolçudan əvvəlki performansını tələb edə bilmərik. Hamı istəyər ki, daha yaxşı oynasın. Oyundan oyuna daha yaxşı olacaq. Sabah daha yaxşı Zubir görəcəyik.
  • Sabah psixoloji amil rol oynayacaq, yoxsa meydandakı oyun?
  • Bunları heç vaxt bir-birindən ayırmıram. Futbolçuların hazırlığı meydanda bir-birini tamamlamalıdır. Düşünürəm ki, sabahkı oyunda hər şey yerli-yerində olacaq.
  • Rəşad Sadıqovun yoxluğunu həm meydanda, həm də meydandan kənarda hiss edirsizmi və onu Kevin Medina ilə müqayisə edə bilərsizmi?
  • Rəşadın meydanda yoxluğunu tək “Qarabağ” deyil, hamı hiss edəcək. O, liderdir və çox məşqçilər arzu edir ki, onun kimi futbolçusu olsun. Əlbəttə ki, Rəşad kimi futbolçunun meydanda olmasının mənə də faydası var. Onun yoxluğunu hiss edirik. Rəşad və Medina fərqli üslubları olan futbolçulardır. Rəşaddan başqa cür faydalanırdıqsa, Medinadan da başqa cür faydalanacağıq. Medina oyunumuza uyğun və müdafiəyə güc verən futbolçudur.
  • “Qarabağ”ın yaxşı hücumçuya ehtiyacı var. Sabahkı oyunda hücum xəttini necə dolduracaqsız?
  • Bu gün Mahir Emrelinin oyunundan tam razıyam. Onun elə yaşıdır ki, ildən-ilə inkişaf edə bilər və belə davam etsə, daha yaxşı Mahir görəcəyik. O vaxt Ndlovu komandaya gələndə əvvəl çox tənqid olunurdu, amma daha sonra yaxşı çıxış edib, bizə fayda verməyə başladı. Mahir komandadakı cavan və təcrübəli futbolçudur. Ondan çox şey gözləyirik.
  • Növbəti mərhələ üçün yeni transfer olacaqmı?
  • Görünən odur ki, gələn oyuna yeni yarımmüdafiəçi olacaq.
  • Musa Qurbanlının “Zirə”yə getmək ehtimalı var?
  • Bu gün Musa komandadadır. Gələcəkdə necə olacaq, deyə bilmərəm. Gənclərin başqa komandaya gedib oynayaraq təcrübə qazanmasından yana olmuşam. Belə ehtimal olarsa, hər hansı bir futbolçumuz üçün belə bir addım atarıq.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button