“Ümid edirəm ki, Bakıda daha yaxşı nəticə əldə edərik” – “Neftçi”nin müdafiəçisi

Çempionlar Liqasının 2-ci mərhələsinin “Olimpiakos”la (Yunanıstan) ilk matçında qırmızı vərəqə alan Mert Çelik “instagram” hesabında paylaşım edib.

Komanda.az xəbər verir ki, 21 yaşlı müdafiəçi, meydandan qovulduğu üçün çox məyus olduğunu deyib:

“Cavab matçında komandamı tək buraxdığım üçün çox məyusam. Ümid edirəm ki, Bakıda daha yaxşı nəticə əldə edərik”.

“Neftçi” ilk matçda “Olimpiakos”a 0:1 hesabıyla uduzub. Komandalar arasındakı cavab matçı iyulun 28-də Bakıda olacaq.